BAKI, 25 iyul. TELEQRAF
Macarıstanın yeni hökuməti Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinə veto qoymalı idi.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın keçmiş baş naziri, müxalif “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının lideri Viktor Orban bildirib.
“Bu yaxınlarda Rusiya enerji daşıyıcılarının Avropa bazarına çıxışını birdəfəlik qadağan edən 21-ci sanksiyalar paketi qəbul edildi. Macarıstan hökuməti bu paketə veto qoymalı idi. Mən hər dəfə belə edirdim – ruslara görə deyil, Macarıstanın maraqlarını qorumaq üçün”, – Orban deyib.
Keçmiş baş nazir vurğulayıb ki, Macarıstanın hələ də ucuz Rusiya enerjisi, neft və qazına ehtiyacı var.
“Bu, Macarıstanın maraqlarına uyğundur”, – Orban qeyd edib.