BAKI, 25 iyul. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski iyulun 28-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Teleqraf "Euronews"a istinadən xəbər verir ki, Volodimir Zelenski Trampın nümayəndəsi Stiv Vitkof və ABŞ prezidentinin kürəkəni Cared Kuşnerlə telefon danışığı apardığını açıqlayıb. Tərəflər dörd ildir davam edən müharibəyə son qoymaq məqsədilə dayandırılmış danışıqların bərpası imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, Vaşinqton diqqətini İranla münaqişəyə yönəltdikdən sonra sülh səyləri dalana dirənib.

Bundan əlavə, Tramp ilə Zelenski arasındakı münasibətlər həmişə gərginliklə müşayiət olunub.