BAKI, 16 iyul. TELEQRAF
Çin Xalq Respublikasının Sədri Si Cinpin Şanxayda keçirilən Ümumdünya Süni İntellekt Konfransında iştirak etmək üçün bu ölkəyə səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Teleqraf "Xinhua" xəbər agentliyinə istinadla xəbər verir ki, iki liderin görüşü Şanxaydakı "Xijiao" otelində baş tutub.
Görüşün təfərrüatları hələlik rəsmən açıqlanmayıb.
Qeyd edək ki, iyulun 17-də Şanxayda Ümumdünya Süni İntellekt Konfransı və Süni İntellektin Qlobal İdarə Edilməsi üzrə Yüksək Səviyyəli Konfrans işinə başlayacaq. Bu beynəlxalq tədbirlər silsiləsi iyulun 20-dək davam edəcək.