BAKI, 7 iyul. TELEQRAF
Belarusun paytaxtı Minskdə iyulun 6-da xarici işlər nazirlərinin müavinləri səviyyəsində Belarus-Özbəkistan siyasi məsləhətləşmələrinin növbəti raundu baş tutub.
Bu barədə Teleqraf Belarus Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, görüşdə iki ölkə arasında siyasi, ticarət-iqtisadi, eləcə də mədəni-humanitar əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər həmçinin MDB, Aİİ, BMT, ŞƏT və ATƏT çərçivəsində qarşılıqlı fəaliyyətə dair fikir mübadiləsi aparıblar.