BAKI, 29 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən NATO Parlament Assambleyasının sammitində çıxışı zamanı Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Teleqraf xəbər verir ki, dövlət başçısı müharibənin yaxın müddətdə dialoq yolu ilə dayandırılması və konkret nəticələrin əldə edilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib:

"Türkiyə hər iki tərəflə dialoq apara bilən, məhsuldar proseslərə təkan verən və ədalətli mövqeyi sayəsində tərəflərin etimadını qazanmış bir müttəfiqdir. Biz sülh səylərinə bundan sonra da fəal şəkildə töhfə verməyə davam edəcəyik".