BAKI, 31 may. TELEQRAF
Türkiyənin Dənizli vilayətində sərnişin avtobusunun qoruyucu maneələrə çırpılaraq alovlanıb.
Teleqraf xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Hadisə Dənizli-Aydın avtomagistralının Sarayköy rayonu yaxınlığında qeydə alınıb. Məlumata görə, İzmir-Antalya marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Tırkaz məhəlləsi yaxınlığında idarəetmədən çıxaraq yol kənarındakı qoruyucu maneələrə çırpılıb.
Toqquşmadan sonra avtobusda yanğın başlayıb. Hadisə yerinə təcili tibbi yardım, polis, yanğınsöndürmə və jandarma qüvvələri göndərilib.
İlkin araşdırma zamanı 3 nəfərin həyatını itirdiyi, 20 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığı müəyyən edilib.
Yaralılar təcili yardım avtomobilləri ilə şəhərin xəstəxanalarına çatdırılıblar.
Məlumata görə, "Anadolu Turizm" şirkətinə məxsus avtobusda 37 sərnişin və 3 ekipaj üzvü olub.
Hadisə yerində araşdırma və xilasetmə işləri davam etdirilir.