BAKI, 26 may. TELEQRAF
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərif ilə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, liderlər Türkiyə ilə Pakistan arasındakı ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə və Pakistanın bütün sahələrdə münasibətlərini daha da inkişaf etdirmək üçün addımlar atmağa davam edəcəklərini bildirib: "Türkiyə və Pakistan digər qardaş ölkələrlə birlikdə bölgədəki münaqişəyə son qoymaq, sülh və sabitliyi bərqərar etmək üçün vasitəçilik səylərini davam etdirəcək".
Ərdoğan Pakistanın Baş naziri Şərifi və qardaş Pakistan xalqını Qurban bayramı münasibətilə təbrik edib.