BAKI, 26 may. TELEQRAF

Rusiya İranın zənginləşdirilmiş uranını götürməyə hazırdır, amma bu məsələ ilə bağlı qərarı Tehran verməlidir.

Teleqraf xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya mətbuat konfransında bildirib.