BAKI, 25 may. TELEQRAF
Tbilisidə "Trump Tower" Bidzina İvanişvilinin oğluna məxsus torpaq sahəsində ( Mərkəzi Parkın- keçmiş hipodrom) yaxınlığında inşa ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Guardian" yazıb.
Göydələn layihəsi yerli konsorsium və hazırda ABŞ prezidentinin oğulları, kiçik Donald Tramp və Erik Trampın rəhbərlik etdiyi "Trump Organisation" şirkəti tərəfindən hazırlanıb.
Bina "Cartu" Beynəlxalq Xeyriyyə Fonduna məxsus ərazidə yerləşəcək. Rəsmi məlumatlara görə, "Cartu" Fondu bütünlüklə "Cartu Group" səhmdar cəmiyyətinə məxsusdur. Öz növbəsində, bu səhmdar cəmiyyətin səhmlərinin 35%-i milyarder siyasətçi Bidzina İvanişvilinin böyük oğlu, Gürcüstanın hakim partiyasının fəxri sədri vəzifəsini icra edən Uta İvanişviliyə məxsusdur.
Mövcud sanksiya rejiminə əsasən, Bidzina İvanişviliyə şəxsən bizneslə məşğul olmaq, ödənişlər etmək və ya xidmət göstərmək qadağandır.
"Trump Organization"nın press-relizində qeyd edilib ki, korporasiya “bu qlobal səviyyədə tanınan mükəmməllik standartını Gürcüstana gətirməkdən qürur duyur. Tbilisidə 70 mərtəbəli göydələn layihəsi icra ediləcək. Şirkət hesab edir ki, "Trump Tower Tbilisi" bütün Gürcüstanda ən hündür bina olacaq.
Məlumata görə, bu lüks göydələn dünyanın ən böyük memarlıq şirkətlərindən biri olan "Gensler" tərəfindən layihələndiriləcək və müxtəlif funksiyaları birləşdirən dinamik, çoxfunksiyalı mərkəz olacaq.