BAKI, 7 may. TELEQRAF

Avropa İttifaqı Ukraynadakı münaqişə ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə potensial danışıqlara hazırlaşır.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Kosta bildirib.

"İşimizi təşkil etməyin ən yaxşı yolunu müəyyən etmək və vaxtı çatanda Rusiya ilə nələri müzakirə etməli olduğumuzu dəqiq müəyyən etmək üçün 27 üzv dövlətin liderləri ilə danışıqlar aparıram" - deyə, məlumatda qeyd olunur.