BAKI, 7 may. TELEQRAF
ABŞ İraqın neft nazirinin müavininə, ərəb ölkəsindəki bir neçə enerji şirkətinə və ərazisində fəaliyyət göstərən iki silahlı qrupa qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib.
Onun sözlərinə görə, ABŞ-nin qara siyahısındakıların hamısı İraqın suverenliyini sarsıdır, təbii sərvətlərini talan edir, İran hökumətini maliyyələşdirir və ABŞ vətəndaşlarına qarşı zorakılığa təhrik edir.