BAKI, 7 may. TELEQRAF
İsrailin Livana hava hücumları nəticəsində son 24 saat ərzində 15 nəfər ölüb, 85 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.
"2 martda hərbi eskalasiyanın başlamasından bəri ölənlərin ümumi sayı 2727-yə, yaralıların sayı isə 8438-ə çatıb" - məlumatda qeyd olunur.