ABŞ hərbi helikopterləri Hörmüz boğazında altı kiçik İran qayığını batırıb .
Teleqraf "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper məlumat verib.
Onun sözlərinə görə, Amerika helikopterləri ticarət gəmiləri üçün təhlükə yaradan altı qayığı məhv edib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
İran ABŞ-ın bir neçə gəmini batırdığı iddialarını təkzib edib.