BAKI, 4 may. TELEQRAF

Ukrayna mayın 5-dən 6-na keçən gecə 00:00-dan atəşkəs elan edib.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” səhifəsində bildirib.

Zelenski qeyd edib ki, atəşkəsin həmin müddət ərzində təmin olunması realdır.

“Əgər Rusiya Müdafiə Nazirliyi Ukraynanın xoşməramlı addımı olmadan Moskvada parad keçirə bilməyəcəyinə inanırsa, bu, Kremlin müharibəyə son qoymaq üçün real addımlar atmasının vaxtının çatdığını göstərir”, - deyə Zelenski əlavə edib.