BAKI, 4 may. TELEQRAF

Braziliyada kiçikmühərrikli təyyarə yaşayış binasına çırpılıb.

Teleqraf xəbər verir ki, qəza zamanı təyyarənin göyərtəsində beş nəfər olub. Pilot və bir sərnişin həlak olub, daha üç nəfər isə xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Yanğınsöndürmə briqadası binanın bütün sakinlərini təxliyə edib.