Moskva ABŞ və İran arasında danışıqların davam etdirilməsini alqışlayar.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, təmsil etdiyi ölkə münaqişədə heç bir halda hərbi əməliyyatların bərpasına imkan verilməməli olduğuna əmindir.

"Biz istənilən halda danışıqların və atəşkəsin davam etdirilməsini alqışlayacağıq. İnanırıq ki, hərbi əməliyyatların bərpasına heç bir halda imkan verilməməlidir. Bu, tərəfdaşımız olan İranın, (Hörmüz boğazındakı) ölkələrin, qlobal iqtisadiyyatın maraqlarına uyğun deyil", - Peskov jurnalistlərə bildirib.