BAKI, 27 aprel. TELEQRAF

Rusiyalı oliqarx Samvel Karapetyanın sədri olduğu “Güclü Ermənistan” Partiyasının dörd üzvü saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Ermənistan Korrupsiya Qarşı Mübarizə Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin birgə həyata keçirdiyi axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, “Güclü Ermənistan” Partiyasının tərəfdarı iyunun 7-də keçiriləcək parlament seçkilərində onların xeyrinə səs vermələri müqabilində bir sıra seçicilərə işə qəbul və digər yollarla rüşvət vəd edib və bu vəd həmin şəxslər tərəfindən qəbul olunub.

Faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıb, dörd nəfər barəsində ittiham irəli sürülüb və onlar saxlanılıb.

Xatırladaq ki, bundan əvvəl də sözügedən partiyanın altı üzvü eyni ittihamla saxlanılıb və barələrində cinayət işi açılıb.