BAKI, 27 aprel. TELEQRAF

Daşqınlardan zərər çəkmiş 7500-dən çox dağıstanlı ödəniş alıb.

Teleqraf xəbər verir ki, bu barədə Dağıstan hökuməti məlumat yayıb.

Bildirilir ki, Baş nazirin müavini Əbdürrəhman Mahmudovun rəhbərliyi ilə daşqınlardan zərər çəkmiş vətəndaşlara ödənişlərin ödənilməsi ilə bağlı məsələlərin həlli üçün işgüzar görüş keçirilib.

"Respublikanın əmək və sosial inkişaf naziri Maqomedzagid Kixasurov qeyd edib ki, son məlumatlara görə, bu günə qədər 7654 vətəndaş ödəniş alıb", - deyə açıqlamada bildirilir.