BAKI, 27 aprel. TELEQRAF
İranın xarici işlər naziri Abbas Əraqçi Rusiyaya səfəri çərçivəsində Sankt-Peterburq şəhərinə gəlib.
Teleqraf xəbər verir ki, nazirin Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcəyi gözlənilir.
Məlumata görə, Əraqçi şəhərə aprelin 27-si səhər saatlarında çatıb.
Qeyd edək ki, səfər çərçivəsində Yaxın Şərqdəki münaqişənin nizamlanması məsələlərinin müzakirəsi planlaşdırılır. Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısının iranlı nazirlə görüşünün nəzərdə tutulduğunu bildirmişdi.