BAKI, 27 aprel. TELEQRAF

Almaniyanın paytaxtı Berlində 8-9 may tarixlərində Rusiya və sovet simvollarına yenidən məhdudiyyətlərin tətbiq oluna biləcəyi bildirilir.

Teleqraf xəbər verir ki, bu barədə Berlin polisinin mətbuat xidməti məlumat yayıb.

Polisdən bildirilib ki, tədbirlərlə bağlı planlaşdırma prosesi hələ tam başa çatmayıb. Lakin mövcud vəziyyət nəzərə alınaraq əvvəlki illərdə tətbiq edilən qaydaların qüvvədə qalacağı ehtimal olunur.

Qeyd edilib ki, 2025-ci ildə Berlin polisi 8-9 may tarixlərində sovet memorialları ətrafında Rusiya və sovet bayraqlarının, həmçinin georgi lentlərinin nümayişini və hərbi marşların səsləndirilməsini qadağan etmişdi. Oxşar məhdudiyyətlər 2024-cü ildə də qüvvədə olub.