BAKI, 27 aprel. TELEQRAF
İran Parlamentinin 261 üzvü bəyanat yayaraq, Tehranın ABŞ ilə danışıqlar üzrə nümayəndə heyətini və onun rəhbəri, parlamentin sədri Məhəmməd Baqir Qalibafı dəstəklədiyini bildirib.
Teleqraf xəbər verir ki, bəyanatda ciddi sui-qəsdlər və təhdidlərə baxmayaraq, prosesin davam etdiyi vurğulanıb.
“Siyasi, iqtisadi, təhlükəsizlik, psixoloji və media müharibələrini də əhatə edən hərbi qarşıdurma mürəkkəb mərhələyə qədəm qoyur. Düşmən müharibənin yeni mərhələsində cəbhə xəttində, küçələrdə və hakimiyyətlə xalq arasında uçurum yaratmağa çalışır”, - İran parlamentariləri qeyd edirlər.