BAKI, 27 aprel. TELEQRAF
Rusiya və İran arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və gələcəkdə daha da möhkəmlənəcək.
Teleqraf xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putin ilə görüşü zamanı deyib.
Nazir Tehranın Moskva ilə əməkdaşlığı davam etdirmək əzmində olduğunu vurğulayıb:
"Bu səfərim zamanı mənə tapşırılıb ki, İran-Rusiya münasibətlərinin bizim üçün ən yüksək səviyyədə strateji tərəfdaşlıq mənasına gəldiyini bir daha təsdiqləyim. Biz bu yolla irəliləməyə davam edəcəyik".