BAKI, 27 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda atışma törədən şəxsin onun ünvanına səsləndirdiyi ittihamları qəti şəkildə rədd edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "CBS News"a müsahibəsində danışıb.
ABŞ prezidenti bildirib ki, silahlı şəxsin yaydığı “manifest”də yer alan iddialar həqiqəti əks etdirmir.
“Bu deyilənlərin heç biri mənə aid deyil”, deyə Tramp vurğulayıb.
O, həmçinin qeyd edib ki, səsləndirilən ittihamlar əsassızdır və onları “xəstə düşüncənin məhsulu” kimi qiymətləndirib.