BAKI, 27 aprel. TELEQRAF

Macarıstan Baş naziri Viktor Orbanın son parlament seçkilərindəki məğlubiyyətindən sonra ona yaxın zəngin şəxslərin öz sərvətlərini ölkə xaricinə çıxarmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Nəşr yazır ki, Viktor Orbanın 16 illik hakimiyyətinin sona çatması Macarıstanda yeni iqtisadi fəallığa səbəb olub. Ölkənin yeni Baş naziri Peter Madyar məsələ ilə bağlı açıqlamasında Orbana yaxın şəxslərin hesabat təqdim etməkdən qaçdıqlarını bəyan edib.

Qeyd edək ki, Macarıstanın yeni hökuməti ölkədə korrupsiya və nepotizmlə kəskin mübarizə aparacağına dair vəd verib.