BAKI, 27 aprel. TELEQRAF

Rusiyanın Ukraynanın Odessa şəhərinə hava hücumu nəticəsində 10 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Odessa Vilayət Hərbi Administrasiyasının rəhbəri Serhiy Lisak məlumat verib.

Onun sözlərinə görə, düşmən gecə saatlarında şəhərin yaşayış məhəllələrini və mülki infrastrukturunu intensiv atəşə tutub:

"Gecə son dərəcə ağır keçib. Düşmən Odessanın yaşayış binalarına və mülki infrastrukturuna kütləvi hücum edib. Hazırda 10 nəfər tibbi yardım üçün müraciət edib ki, onlardan ikisi uşaqdır".