BAKI, 22 aprel. TELEQRAF
Çin ABŞ Prezidenti Donald Trampın Amerika qüvvələri tərəfindən ələ keçirilən İran gəmisinin "Çindən hədiyyə" daşıya biləcəyi ilə bağlı iddialarını rədd edib.
Teleqraf xəbər verir ki, bu barədı Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun Pekində jurnalistlərə bildirib.
"Çin mövqeyini dəfələrlə açıq şəkildə bildirib. Bir daha qeyd edim ki, məsuliyyətli böyük bir ölkə olaraq, Çin həmişə beynəlxalq öhdəliklərini yerinə yetirməkdə nümunə olu",- o qeyd edib.