BAKI, 31 may. TELEQRAF
ABŞ-nin "Fox News " elekanalı Prezident Donald Trampla yayımlanan müsahibə zamanı onunla Rusiya Prezidenti Vladimir Putinin birgə fotosunu nümayiş etdirib.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, müsahibənin sonunda Donald Tramp aparıcı, eyni zamanda gəlini Lara Trampa Ağ Ev kompleksində aparılan tikinti və bərpa işlərini göstərib.
ABŞ Prezidenti ona həmçinin Ağ Evin ərazisində yerləşən və yaxın zamanda bərpa edilən Palm otağını nümayiş etdirib. Bu otaq vasitəsilə Gül bağına və Cənub çəmənliyinə keçid mümkündür.
Kadrda otağın divarından asılmış Vladimir Putin və Donald Trampın birgə fotosu da əks olunub. Şəkil 2025-ci ilin yayında ABŞ-ın Alyaska ştatının Ankoric şəhərində keçirilən Rusiya-ABŞ sammiti zamanı çəkilib.
Fotoşəklin müsahibə zamanı görünməsi media və sosial şəbəkələrdə diqqət çəkib.