BAKI, 9 aprel. TELEQRAF

Şimali Atlantika Alyansı Hörmüz boğazından sərbəst naviqasiyanın təmin edilməsinə dəstək verə bilər.

Teleqraf xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte Vaşinqtonda Ronald Reyqan Fondu İnstitutunda çıxış edərkən bildirib.

O qeyd edib ki, 34 ölkənin koalisiyası artıq Hörmüz boğazından sərbəst keçidi təmin etmək üçün tədbirlər görmək imkanlarını müzakirə edir: "Düşünürəm ki, bu, ilk addımdır. Yardım göstərməmək üçün heç bir səbəb yoxdur. Faydalı olarsa, mütləq edəcəyik. Amma düşünürəm ki, bunu addım-addım etməliyik. Çünki NATO-da bu, bütün müttəfiqlər arasında razılaşmalar tələb edir.