BAKI, 9 aprel. TELEQRAF

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, ABŞ ilə İslamabadda keçirilə biləcək danışıqlar Vaşinqtonun atəşkəs öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi Telegram kanalında məlumat yayıb.

Bəqai qeyd edib ki, Pakistan hökuməti hər iki tərəfi İslamabadda görüşə dəvət edib və məsələ hazırda nəzərdən keçirilir.

Onun sözlərinə görə, istənilən danışıqların baş tutması ABŞ-nin bütün sahələrdə atəşkəsi qorumaq öhdəliklərini yerinə yetirəcəyinə dair zəmanət verməsindən asılıdır.