BAKI, 10 aprel. TELEQRAF
İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, nümayəndə heyətinə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Araqçi rəhbərlik edir.
Qəzetin məlumatına əsasən, Pakistan tərəfi danışıqların aprelin 11-də keçirilməsinə hazırlaşır. ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vensın rəhbərlik edəcəyi gözlənilir.