BAKI, 9 aprel. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Məsud Pezeşkian arasında telefon danışığı olub.

Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər İranla atəşkəsi və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Ərdoğan Türkiyənin atəşkəs üçün çox səy göstərdiyini xatırladıb.

O, Türkiyənin yeni prosesdə dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu qeyd edib.

Ərdoğan həmçinin İran xalqının itkiləri ilə bağlı həmkarına başsağlığı verib.