BAKI, 9 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livanın paytaxtı Beyrutun cənub kənarındakı səkkiz məhəllənin sakinlərinə hava hücumu təhlükəsi səbəbindən əraziləri dərhal tərk etmələri barədə xəbərdarlıq edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Avichay Adrae bildirib.

Məlumata görə, Qobeyri, Cnah, Leylaki, Təhvita əl-Qədir, Haret Horeik və Şiyəh əraziləri, eləcə də Burc əl-Barajneh və Hadas ətrafında “Hizbullah” terror təşkilatı hədəflərinə qarşı hava zərbələri gözlənilir.

O, bildirib ki, cənub ətraflarında “Hizbullah” terror təşkilatı hədəflərinə qarşı əməliyyatları davam etdirir və mülki əhalinin təhlükəsizlik məqsədilə həmin əraziləri dərhal tərk etməsi tövsiyə olunur.