BAKI, 8 aprel. TELEQRAF

İsrail Müdafiə Qüvvələri ölkə rəhbərliyinin göstərişlərinə uyğun olaraq İrana qarşı həyata keçirilən hücumları dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ordunun rəsmi bəyanatında bildirilir.

Məlumatda bildirilir ki, hücumların dayandırılmasına baxmayaraq, İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətini saxlayır.