BAKI, 28 mart. TELEQRAF
İranın yüksək vəzifəli təhlükəsizlik mənbəyi xəbərdarlıq edib ki, Hörmüz boğazında hər hansı bir hərbi əməliyyat onun qeyri-müəyyən müddətə tamamilə bağlanmasına səbəb olacaq.
Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.
"Düşmənin Hörmüz boğazında hər hansı bir hərbi əməliyyatı qeyri-müəyyən müddətə tam blokadaya səbəb olacaq. ABŞ İrana qarşı quru hücumu başlatmaq qərarına gələrsə, Tehranın təhlükəni aradan qaldırmaq üçün tam simmetrik cavab hüququ olacaq", - məlumatda bildirilir.