BAKI, 28 mart. TELEQRAF
"ABŞ bu həftə İran nümayəndələri ilə münaqişənin sülh yolu ilə həlli ilə bağlı görüşlərin keçiriləcəyinə ümid edir".
Teleqraf xəbər verir ki, bu fikirləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkov Mayamidə keçirilən investisiya forumunda bildirib.
Uitkov bildirib ki, ABŞ İranın 15 maddəlik razılaşma təklifinə cavab verməsini gözləyir.
"İranlıların bir müddətdir danışıqlar apardığı 15 maddəlik bir razılaşmamız var. Onların cavabını gözləyirik", - deyə o, bildirib.