BAKI, 26 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin ABŞ-nin müharibəsi olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Amerika lideri Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Almaniya liderinin İran haqqında dediyi "bu, onların müharibəsi deyil" sözlərini eşidəndə dedim ki, Ukrayna da bizim müharibəmiz deyil.
"Biz kömək edirik, amma Ukrayna bizim müharibəmiz deyil. Almaniya tərəfinin bu açıqlamasını son dərəcə yersiz hesab etdim. Amma o, bunu etdi. Bunu silmək mümkün deyil. O, belə hiss edirdi", - deyə Amerika lideri əlavə edib.