BAKI, 26 mart. TELEQRAF

Türkiyə ABŞ və İran arasında danışıqların bərpası üçün öz platformasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi Türkiyə Prezident Administrasiyasına istinadən məlumat yayıb.

Bildirilib ki, yekun qərar tərəflərin ixtiyarındadır və Ankara onların uyğun hesab edəcəyi istənilən formatı və görüş yerini dəstəkləməyə hazırdır.

“Türkiyə üçün əsas prioritet atəşkəsin təmin edilməsi və regionda sabitliyin bərqərar olunmasıdır”, - deyə məlumatda qeyd olunub.