BAKI, 26 mart. TELEQRAF
"ABŞ nüvə sınaqlarını bərpa etməlidir".
Teleqraf xəbər verir ki, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində ABŞ Strateji Komandanlığının rəhbəri admiral Riçard Korrel bildirib.
"Deyərdim ki, lazım gələrsə, müəyyən sınaqları bərpa edə biləcəyimiz və digər ölkələri hər hansı bir nüvə sınaqlarını yenidən başlatmaqdan çəkindirə biləcəyimiz bir vəziyyətdə olmaq istərdik", - deyə o, bildirib.
Qeyd edə ki, ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun 2025-ci ilin payızında nüvə sınaqlarını bərpa edəcəyini açıqlayıb.