BAKI, 26 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynanın 2024-cü il prezident seçkilərində onun qələbəsinə mane olmağı planlaşdırdığını iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə özünün “Truth Social” platformasındakı hesabında paylaşım edib.
O, ABŞ-nin Ukrayna rəhbərliyinə aid mesajları ələ keçirdiyi və həmin mesajlarda sabiq prezident Co Baydenin seçki kampaniyasına dəstək üçün vəsaitlərin yönləndirilməsi ilə bağlı “planın” müzakirə olunduğu barədə açıqlamanı paylaşıb.
Tramp həmçinin paylaşımına “Just the News” nəşrinə istinad edən məqaləyə link əlavə edib.
Nəşrin “məxfi sənədlərə” istinadla yaydığı məlumata görə, Kiyevdə hələ 2022-ci ildə Baydenin seçki kampaniyasının maliyyələşdirilməsi üçün yüz milyonlarla dolların yönləndirilməsi imkanları araşdırılıb.