BAKI, 26 mart. TELEQRAF

İranın məsələyə gec olmadan ciddi yanaşması daha məqsədəuyğundur.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, əks halda vəziyyətin nəzarətdən çıxması qaçılmaz olacaq.

Tramp eyni zamanda NATO hərbi alyansını da tənqid edib.

“Alyansa üzv dövlətlər hazırda hərbi baxımdan məhv edilən İran məsələsində heç bir kömək göstərməyib. ABŞ-nin NATO-dan heç nəyə ehtiyacı yoxdur”.