BAKI, 26 mart. TELEQRAF
Mayın 4-də Ermənistan paytaxtında keçirilməsi planlaşdırılan Avropa Siyasi Birliyi sammitindən sonra, mayın 4-5-də İrəvanda ilk ikitərəfli Aİ-Ermənistan sammiti keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.
Aİ Şurası qeyd edib ki, Avropa İttifaqını Avropa Şurasının prezidenti Antonio Costa və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen, Ermənistanı isə Baş nazir Nikol Paşinyan təmsil edəcək.
Aİ Şurası sammitdə Ukrayna və İrandakı hərbi münaqişələr, qlobal nəqliyyat dəhlizlərinin yaradılması və Cənubi Qafqazda gedən proseslərin müzakirə ediləcəyini dəqiqləşdirib.