BAKI, 26 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehranın münaqişəyə son qoymaq üçün razılığa gələ bilib-bilməyəcəyini bilmədiyini qeyd edib.

Teleqraf xəbər verir ki, o, bu barədə Ağ Evdə keçirilən kabinet iclasında deyib.

O, İrana istinad edərək deyib: "Onlar razılaşma üçün yalvarırlar. Mən yox".

ABŞ Prezidenti əlavə edib ki, onlar bizdən razılaşma əldə etməyimizi xahiş edirlər: "Bunu edə biləcəyimizi bilmirəm. İstəyib-istəməyəcəyimizi bilmirəm. Bunu dörd həftə əvvəl etməli idilər. İki il əvvəl etməli idilər".