BAKI, 26 mart. TELEQRAF

Malayziya gəmiləri Hörmüz boğazından keçmək üçün İrandan icazə alıb.

Teleqraf xəbər verir ki, bu barədə İranın Baş naziri Ənvər İbrahim bildirib.

"Hazırda yük daşımalarında iştirak edən heyətlərin evə səyahətlərini davam etdirə bilməsi üçün Malayziya neft tankerlərinin keçidini təmin etmək üzərində işləyirik", - deyə o bildirib.

İbrahim əlavə edib ki, Malayziya hakimiyyəti neft və qaz təchizatındakı fasilələrin təsirini azaltmaq üçün səylər göstərir.

İran daha əvvəl BMT-nin Beynəlxalq Dəniz Təşkilatına Tehranın düşmən hesab etmədiyi dövlətlərdən gələn gəmilərin Hörmüz boğazından keçə biləcəyi barədə məlumat verib.