BAKI, 26 mart. TELEQRAF
Slovakiyada xarici qeydiyyatlı avtomobillər üçün dizel yanacağının qiyməti artırılıb.
Teleqraf xəbər verir ki, ölkənin Maliyyə Nazirliyi belə avtomobillər üçün dizelin qiymətini litr üçün 1,8 avrodan 2,01 avroya qaldırıb. Müvafiq qərar yanacaqdoldurma məntəqələrinə göndərilib.
Sənəddə qeyd olunur ki, yeni qiymət martın 27-dən qüvvəyə minir.
Qeyd edək ki, Slovakiyada xarici qeydiyyatlı avtomobillər üçün yüksək tarif martın 23-dən tətbiq olunur. Eyni zamanda, yerli sürücülər üçün dizelin qiyməti orta hesabla 1,65 dollar səviyyəsində saxlanılır.
Hakimiyyət bu yanaşmanı xarici sürücülərin daha ucuz yanacaq üçün ölkəyə axınının qarşısını almaq və yerli bazarı qorumaq məqsədi ilə izah edir.