BAKI, 26 mart. TELEQRAF
Yaxın Şərqdəki münaqişə səbəbindən artıq dünya bazarında neft məhsulları çatışmazlığı yaranıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak açıqlama verib.
“Artıq ticarət disbalansı mövcuddur. Biz bunu əsasən enerji sektorunda görürük. Ayrı-ayrı bazarların bağlanması, neft məhsullarının istehsalında ciddi defisit, qiymətlərin kəskin artması müşahidə olunur. Mayeləşdirilmiş karbohidrogen qazında da defisit var”, – deyə o bildirib.