BAKI, 26 mart. TELEQRAF
Rusiyanın beynəlxalq ehtiyatları martın 20-nə 776,8 milyard dollar təşkil edib. Bu bir həftə ərzində 26,4 milyard dollar azalma deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, ehtiyatlar 3,3% azalıb.
13 mart tarixinə ehtiyatların həcmi 803,2 milyard dollar təşkil edib.
Qeyd edək ki, Rusiya beynəlxalq ehtiyatları üzrə rekord göstərici 30 yanvarda qeydə alınıb və həmin vaxt ehtiyatlar 826,8 milyard dollar səviyyəsinə çatıb.