BAKI, 26 mart. TELEQRAF
ABŞ münaqişənin dayandırılması ilə bağlı İran ilə istənilən mümkün razılaşma çərçivəsində bu ölkənin neftinə çıxış əldə etmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri Vaşinqton administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp müşavirlərinə Tehranla mümkün sazişin tərkib hissəsi kimi ABŞ-nin İran neftinin müəyyən hissəsinə çıxışının təmin edilməsi ideyasını səsləndirib.
O həmçinin qeyd edib ki, hazırda bu istiqamətdə konkret plan hazırlanmayıb.