AĞDAM, 26 mart. TELEQRAF

Beynəlxalq səyyahların səfərə Ağdamdan başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, onlar əvvəlcə Ağdam şəhərində yerləşən Cümə Məscidini ziyarət ediblər.

Bildirilib ki, səyyahlar 2 gün ərzində avtomobil yolu ilə Şuşa, Xankəndi, Laçın, Zəngilan və Füzuli istiqamətində hərəkət edəcəklər.

Qeyd edək ki, bu cür beynəlxalq səfərlər azad edilmiş ərazilərin dünyaya tanıdılması, həmçinin bölgədə turizmin inkişafının təşviqi baxımından mühüm əhəmiyyət kəsb edir.

***

11:33

Bu gündən etibarən “NomadMania” klubunun təsisçisi və rəhbəri Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri start götürüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Yunan əsilli Böyük Britaniya vətəndaşı olan Harry Mitsidisin rəhbərlik etdiyi heyətə bu dəfə 37 ölkədən ümumilikdə 79 nəfər daxildir.

Bu, indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilər arasında say baxımından ən böyük qrup hesab olunur.

"NomadMania" platforması Yer kürəsini 1301 bölgəyə bölərək xüsusi səyahət reytinq sistemi formalaşdırıb. Harry Mitsidis bu bölgələrin hamısında səfər edərək hazırda dünya üzrə birinci yerdə qərarlaşıb. Qeyd edək ki, “NomadMania”nın illik toplantısı da ilk dəfə Azərbaycanda keçirilib.

Səfərin əsas məqsədi işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində beynəlxalq səviyyədə tanıdılması, eləcə də regionda aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə tanışlıqdır.

Xatırladaq ki, 2020–2025-ci illər ərzində dünyanın aparıcı səyyah klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura ümumilikdə 15 dəfə beynəlxalq səfərlər təşkil olunub. Hazırkı səfər isə sayca 16-cıdır.