BAKI, 21 mart. TELEQRAF

İsrailin martın 2-dən bəri Livana qarşı intensiv hücumları nəticəsində ölənlərin sayı 1024-ə, yaralananların sayı isə 2740-a çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Həyatını itirənlər arasında 118 uşaq və 79 qadın var. Hücumlar nəticəsində 40 tibb işçisi ölüb, 119-u yaralanıb.

Livan hökumətinin məlumatına görə, İsrailin işğalı və hücumları nəticəsində Livanda bir milyondan çox insan yurd-yuvasından didərgin düşüb.