BAKI, 20 mart. TELEQRAF

Ana təbiətin oyanması Novruz ilə başlayır. Azərbaycan xalqı təbiətin oyanışını - Novruzu tarixən təntənəli şəkildə qeyd edib.

Ölkəmizin hər yerində xalqımız qədim el bayramı olan Novruzu yüksək əhval-ruhiyyə ilə qarşılayır. Şübhəsiz ki, baharın gəlişi münasibətilə ən izdihamlı bayram şənlikləri paytaxt Bakıda keçirilir.

İçərişəhərdə və Nizami küçəsi boyunca təşkil edilmiş bayram tədbirlərində göz oxşayan görüntülər Teleqraf-ın foto-obyektivindən yayınmayıb. Paytaxtda coşqu ilə qeyd olunan Novruz şənliyindən fotoları təqdim edirik.